Bakıda intihar edən sahibkar oğlu imiş – YENİLƏNİB – FOTObackend

Bakıda intihar edən sahibkar oğlu imiş - YENİLƏNİB - FOTO

Bakıda intihar edən gənclə bağlı araşdırma başladılıb.

KONKRET.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı Yasamal Rayon Prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Lənkəran rayon Şağlaser kənd sakinlərinin dediyinə görə, mərhum hazırda doğulduğu kənddə torpağa tapşırılır. Mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir./oxu.az/

***

10:29
Bakı şəhərində intihar hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*