Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır – RƏSMİbackend

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır - RƏSMİ

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, statistik göstəricilər koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir.

Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,3 faizi bu rayonda yaşayır.

Yoluxanların Yasamal və Xətai rayonlarının payına düşən hissəsi hər birində 12,2 faiz təşkil edir.

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 11,7 faizi Sabunçu rayonunda, 10,9 faizi Nəsimi rayonunda, 9,2 faizi Suraxanı rayonunda, 8,8 faizi Nərimanov rayonunda, 7,9 faizi Nizami rayonunda, 6,0 faizi Qaradağ rayonunda, 4,3 faizi Xəzər rayonunda, 4,2 faizi Səbail rayonunda, 0,3 faizi isə Pirallahı rayonunda yaşayanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*