Bakıda ölən 3 tələbə qızın meyiti Şri-Lankaya göndərildibackend

Bakıda ölən 3 tələbə qızın meyiti Şri-Lankaya göndərildi

Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Meyitin aparılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşları olub.

Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.

Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*