Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
“Mercedes” markalı minik maşınının sürücüsü Balagül Kərimov piyada zolağından keçən şəxsə yol vermək üçün dayanıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanan “Mercedes”ə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.
Faktla bağlı yol patrul xidmətinin əməkdaşları əraziyə cəlb edilib və araşdırma aparılır.


