Bakıda sərnişin avtobusu qəzaya düşdü – FOTObackend

Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*