Bakıda sosial ev almaq istəyənlər aldadıldı – FOTObackend

Bakıda sosial ev almaq istəyənlər aldadıldı – FOTO

Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

d516bb57 4130 487e a6fd a884a0be98f4 1761384002

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*