Bakıda yol qəzası: Biri körpə olmaqla üç nəfər ÖLDÜbackend

Bakıda yol qəzası: Biri körpə olmaqla üç nəfər ÖLDÜ

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri qəzanın yolun işıqlandırılmaması səbəbindən baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*