Bakıda YPX əməkdaşı ilə münaqişə etmiş həkim: “Mənim şikayətim konkret şəxsə aid idi” – VİDEObackend

Bakıda YPX əməkdaşı ilə münaqişə etmiş həkim: “Mənim şikayətim konkret şəxsə aid idi” - VİDEO

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Mahir Mehdi oğlu ilə Yol Patrul Xidmətinin əməkdaşı arasındakı münaqişə haqqında xəbər yayılıb.

KONKRET.az xəbər verir ki, həkim Mahir Əliyev məsələ ilə bağlı növbəti video müraciət ünvanlayıb.

O bildirib ki, şikayətindən sonra DİN tərəfindən müvafiq reaksiya verilib.

Həkim həmçinin qeyd edib ki, onun müraciəti yanlış yerlərə çəkilib: “Mənim şikayətim konkret şəxsə aid idi. Yenə xüsusi vurğulamaq istəyirəm ki, bunun bütün polislərə aidiyyəti yoxdur. Azərbaycan polisi Azərbaycan xalqının təhlükəsizliyini qoruyur”.

Ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*