Fevralın 15-dən ali təhsil müəssisələrində əyani təhsilin bərpa edilməsi ilə əlaqədar sabahdan bölgələrdə yaşayan tələbələrin paxtaxta gəlməsi gözlənilir. Bəs görəsən, bununla əlaqədar paytaxtla bölgələr arasında avtobusla gediş-gəliş bərpa ediləcəkmi?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hələlik bununla bağlı qərar qəbul edilməyib:
“Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Əgər belə bir qərar olarsa, bu, bir gün əvvəldən ictimaiyyətə açıqlanacaq. Hazırda isə belə bir qərar yoxdur”.
