“Bakıya getmək üçün bilet alıb, boğulan zaman görüblər” – Bayramın ölümü ilə bağlı AÇIQLAMAbackend

"Bakıya getmək üçün bilet alıb, boğulan zaman görüblər" - Bayramın ölümü ilə bağlı AÇIQLAMA

Mayın 2-də Türkiyədə dənizdən cəsədi tapılan ictimai fəal Bayram Məmmədovun yaxın tanışı, hazırda İstanbulda yaşayan Elgiz Qəhrəman hadisə barədə danışıb.

KONKRET.az  BBC News Azərbaycanca-ya istinadən xəbər verir ki, E.Qəhrəman Bayram Məmmədovun meyitinin bazar günü günorta saatlarında dənizdən sahil mühafizəsi tərəfindən çıxarıldığını bildirib: “Hadisə İstanbulun Kadıköyü Moda sahili adlanan ərazisində olub. Polis ifadə alıb və suallar soruşdu, intiharla bağlı suallar verdi.

Polisdə dedilər ki, o, boğulan zaman görən olub, xilas etməyə cəhd ediblər, amma alınmayıb”.

Elgizin sözlərinə görə, Bayram Məmmədov İstanbulda tək yaşayıb: “Ailə üzvü olmadığımdan və araşdırmalar getdiyindən daha ətraflı məlumat verə bilməyəcəklərini dedilər. Bayram dostlarına ayın dördündə Bakıya getmək üçün bilet alacağını deyib. Bakıya getmək istəyən adam niyə intihar etsin bu qəribə haldır. Hadisə baş verən yer də dərin deyil, qayalıqdır. Bayram Məmmədovla sonuncu dəfə aprelin 29-da görüşmüşdüm. Daha sonra Türkiyədə küçəyə çıxma qadağası başladı və biz əlaqə saxlaya bilmədik”.

Meydan TV-nin verdiyi xəbərə görə isə, polis B.Məmmədovun dostlarına deyib ki, hadisə sahil güvənliyinin gözü qarşısında baş verib:  “Ayağındakı başmağı suya düşüb, Bayram onu çıxarmaq üçün suya girib və üzüb. Sahil güvənliyi fit çalıb, amma geri qayıtmayıb, boğulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*