“Barselona” futbolçularının maaşı kəsilə bilərbackend

“Barselona” futbolçularının maaşı kəsilə bilər

“Barselona”lı futbolçuların müqavilələrində maaşlarının azaldılması ilə bağlı xüsusi bənd yer alır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, futbolçular reklam tədbirlərində iştirak etməzsə, klub onların maaşını kəsə bilər.

Belə ki, əgər oyunçu mövsüm ərzində üç belə tədbiri buraxarsa, Kataloniya klubunun rəhbərliyi birtərəfli qaydada futbolçunun maaşını 10 faiz azalda bilər.

Məlumat üçün əlavə edək ki, “Barselona” hazırda dörd oyundan sonra 10 xalla İspaniya Liqasının turnir cədvəlində ikinci yerdədir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*