Baş nazirin müəmmalı səfər xərcləri – ən azı 300.000 dollar – FOTOLARbackend

Baş nazirin müəmmalı səfər xərcləri - ən azı 300.000 dollar - FOTOLAR

Ermənistanın Baş nazir Nikol Paşinyanın ABŞ-a səfərinin xərcləri sosial şəbəkələrdə böyük hiddətlə qarşılanıb. KONKRET.AZ xəbər verir ki, Gümrüdəki Şirak hava limanından yola düşən Paşinyan facebook səhifəsində sonuncu paylaşımı sakinlərin diqqətindən yayınmayıb. Həmin şəkildə gecə çıxdığını deyən Baş nazirin səfəri cəmiyyətin müxtəlif təbəqələrində geniş müzakirələrə səbəb olub. BlogNews saytının redaktoru Konstantin Ter-Nakalyan öz Facebook səhifəsində uçuşun 400 min dollara başa gəldiyini elan edib. Həmin təfərrüatlara görə, Los-Ancelesə istiqamət alan “Gulfstream G550” təyyarəsi ən bahalı nəqliyyat  vasitəsi hesab olunur. ABŞ-a bu təyyarə ilə Paşinyan təxminən 17 saata uçub. Jets.ru-nun verdiyi məlumata görə, özəl reaktiv imkanları olan bu təyyarə baş nazir tərəfindən icarəyə götürülüb. Digər araşdırmaçılar müəyyən ediblər ki, Gulfstream G550-nin 1 saatı  7400-10200 avroya icarəyə verilir.

Baş nazirin 17 saatlıq uçuşu və digər xərclər təxminən bu qədər edir. Digər məlumatda isə bildirilir ki, 13 sərnişinlik yeri olan Yerevan-Los Anceles reysinin qiyməti 250.000 avro və ya 275.000 dollar, Yerevan-Los Anceles-Nyu-York reysi isə 300.000 avro və ya $ 330.000 dəyərindədir.

Erməni istifadəçilər vurğulayırlar ki, Nikol daha ucuz reyslə uçardı və yaxşı olardı ki, bu pulu daha səmərəli istiqamətdə xərcləyərdi.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*