“Baş verənlər Ter-Petrosyanın devrilməsini xatırladır, ancaq…” – Zərdüşt Əlizadənin şərhibackend

“Baş verənlər Ter-Petrosyanın devrilməsini xatırladır, ancaq...” – Zərdüşt Əlizadənin şərhi

“Nikol Paşinyanı istefaya göndərmək asan məsələ deyil, hətta mümkünsüzdü

KONKRET.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanla Baş Qərargahın rəhbərliyi və hərbçilər arasında yaranan qarşıdurmanı şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.

Politoloqun fikrincə, Ermənistandakı hazırkı durum ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın devrilməsi dövrünü xatırladır:

“Rusiyanın səbr kasasını Paşinyanın “İsgəndər” raketlərinin keyfiyətsizliyi barədə  verdiyi bəyanat daşırdı. Məhz bu açıqlamadan sonra Moskva nəzarətində olan Ermənistan ordusuna göstəriş verdi ki, Paşinyanı devirmək zamanıdır.  Qanuna zidd olaraq Baş Qərargah rəhbəri başda olmaqla 40-a yaxın hərbçi Paşinyana istefaya getməsi üçün ultimatum verib.  Bu vəziyyət keçmiş prezident Levon Ter-Petrosyanın devrilməsini xatırladır. O zaman Ter-Petrosyan Qarabağ məsələsində güzəşti sülhə razı olduğundan, 3 general ultimatumla onun kabinetinə daxil olaraq, istefasına nail oldular. İndi də həmin situasiyaya bənzər bir vəziyyətdir. Erməni hərbçiləri Moskvanın göstərişilə Paşinyanı devirmək istəyir”.

Əlizadə hesab edir ki, hərbçilər çətin seçim qarşısındadır: “Paşinyan onların tələbinə tabe olmamaqla, qanuna söykənməklə hərbçiləri seçim qarşısında qoyub. Hərbçilər dünyanın gözü qarşısında hərbi çevriliş etməlidir.  Lakin hərbi və siyasi müxalifətin zora əl atmasının qarşısını Qərb dünyası, ABŞ və Fransafakı erməni diasporasının mövqeyi alır. Onlar da Paşinyanın devrilməsinin əleyhinədir.  Ona görə də Ermənistanda hakimiyyətə iddia edən qüvvə heç zaman Rusiya xatirinə diaspora ilə münasibətləri korlamağa getməz”.

Bununla belə Z.Əlizadə düşünür ki, Ermənistanda Rusiyanın mövqeyi və proseslərə təsir etmək imkanları yetərincədir: “Paşinyan danışıqlara hazır olduğunu söyləyib. Eyni zamanda tələb edir ki, hökumət başçısı kimi göstərişləri həyata keçirilsin.  Mübarizə davam edir. Paşinyan inadkar, səbrli siyasətçi olduğunu, hakimiyyəti qorumaq sahəsində bacarıqlı olduğunu nümayiş etdirir. Onu istefaya göndərmək isə elə də asan deyil, deyərdim ki, hətta mümkünsüzdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*