Başqırd bloger saxlanıldı – “Crocus City Hall”dakı  terror haqqında nə yazmışdı?backend

Başqırd bloger saxlanıldı - “Crocus City Hall”dakı terror haqqında nə yazmışdı?

Başqırdıstanda yerli bloger Rüstəm Abasalyamov Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində törədilən terror aktı ilə bağlı fikirlərinə görə saxlanılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, öz videosunda bloger “Krokus”da baş vermiş dəhşətli faciənin başqırdlara dəxli olmadığını bildirib:  “Matəm yalnız sizin ölkənizdə – Moskvada mövcuddur… Başqırdıstanda matəm yoxdur”.

Məlumatda deyilir ki, həmin şəxs artıq saxlanılıb və terrorçuluq fəaliyyətinə publik çağırışlar maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.

Həbs olunduqdan sonra Abasalyamov üzr istəyib və izah edib ki, bu cür ifadələrlə guya diqqəti özünə cəlb etməyə çalışdığını bildirib: “İndi başa düşürəm ki, sözlərimlə milli ədavəti qızışdıra bilərdim, matəm hadisələri fonunda insanların hissləri ilə oynamışam. Bu, yolverilməz və qeyri-insanidir”.

Qeyd edək ki, bundan öncə Sankt-Peterburqda “New Holland”ın keçmiş direktorunun əri Nikolay Konaşenok saxlanılıb. Onun “Crocus”da baş verən terror aktından sonra internetdə birmənalı qarşılanmayan, ekstremizm əlamətli postlar yerləşdirdiyi bildirilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*