Bayden ABŞ-da maska ​​rejimi tətbiq etdirəcəkbackend

Bayden ABŞ-da maska ​​rejimi tətbiq etdirəcək

Seçkilərdən sonra KİV-in ABŞ-ın seçilmiş prezidenti elan etdiyi Co Bayden şəxsən ölkə daxilindəki qubernatorları ştatlarda məcburi maska taxılmasının tətbiq edilməsinə çağıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Baydenin seçki qərargahının sözçüsü kanala bildirib ki, yaxın günlərdə hər iki tərəfdən böyük şəhərlərin valilərini və bələdiyyə sədrlərini çağıraraq, onları məcburi maskalar tətbiq etməyə təşviq edəcək.

Bildirilir ki, qubernator imtina edərsə, Bayden ştatdakı bələdiyyə başçılarının yanına gedib onlardan bunu tətbiq etmələrini istəyəcək.

Xatırladaq ki, ABŞ aşkar edilmiş koronavirus infeksiyası sayına görə dünyada liderliyini qoruyur.

Pandemiya başlandığı gündən bəri ölkədə 10 milyondan çox insan virusa yoluxub, 243 mindən çox xəstə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*