ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib və bəzi digər ölkələrin belə bir addımla razılaşmadığını etiraf edib.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, Bayden cümə axşamı Brüsseldə keçirdiyi mətbuat konfransında ondan Rusiya Federasiyasının bu formatdan çıxarılmasını məqsədəuyğun hesab edib-etmədiyini soruşulub. O, “G20-yə gəldikdə, cavabım bəli”, deyib.
“Bu gün bu məsələ müzakirə olundu. Mən də bunun baş verməməsi ehtimalını dilə gətirdim” deyən Bayden bildirib.
“Əgər İndoneziya və digər ölkələr bununla razılaşmasa, mən hesab edirəm ki, biz Ukraynaya görüşlərdə iştirak etmək imkanı verməyi düşünməliyik, onun G20 [zirvə toplantısında] iştirak etmək imkanı var”, – Amerika lideri bildirib.
