Baydenin çıxışındakı gizli-açıq mətləblərbackend

Baydenin çıxışındakı gizli-açıq mətləblər

ABŞ prezidenti Co Baydenin Konqres qarşısındakı çıxışı ciddi maraq doğurub. O çıxışında ABŞ-ın yaxın-uzaq dövr üçün planlarını açıqlayıb, olduqca maraqlı açıqlamalar verib.

“Amerika dünyada tək gücdü, ya yanında olacaqsınız, ya da yox olacaqsınız”. Baydenin Çinlə bağlı dedikləri xüsusilə maraqlıdır. O xəbərdarlıq edib ki, Çin Prezidenti Şi Tsinpin Çini dünyanın ən mühüm ölkəsinə çevirmək niyyətində tam ciddidir və rəqiblər Amerika cəmiyyətinin qütbləşməsindən faydalanırlar. Onlar Kapitoliyə hücum edən dəstənin şəkillərini Amerika demokratiyasının bitdiyinin sübutu olaraq görürlər. Amma onlar yanılırlar,” Bayden bildirib.

Göründüyü qədəri ilə Bayden açıq danışıb, qarşıdakı 4 ilə yaxın müddətdə hansı siyasəti aparacağının mesajlarını verib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev: “Həqiqətən Baydenin Konqres qarşısında çıxışı çox maraqlıdır. Bu çıxış bəzi ölkələr üçün təhlükəli, bəziləri üçünsə imkan ola bilər. Düşünürəm ki, Azərbaycan üçün heç bir təhlükə kəsb etmir. Amerika ölkəmizlə mübarizə aparan deyil. Birləşmiş Ştatların bu gün qarşısında dayanan əsas təhdid gücü Çin və Rusiyadır. Artıq çıxışında da bunları qeyd edib. Biz burada bir keçid almalıyıq. ABŞ dövlət katibi Blinkenin Azərbaycan prezidentinə zənginə diqqət edək. Doğrudan da bu günə qədər dövlət katibinin müavinləri yaxud ondan da kiçik vəzifədə olanlar zəng edərdilər. Amma bu gün birbaşa dövlət katibinin özü zəng edir. Blinkenin özü zəng edir və prezidentin mesajlarını çatdırır. Bu olduqca müsbət bir məsələdir. Belə demək olar ki, Amerika bu regionda yenidən nüfuzunu bərpa etmək, regiona qayıtmaq istəyir. ABŞ çox gözəl bilir ki, regiona qayıtmaq üçün mütləq şəkildə Azərbaycanla hesablaşmalıdır. Bizimlə doğru-dürüst olmasının vacibliyini də yaxşı anlayır.

Azerbaijani Popular Front Party headed by Razi Nurullayev renamed

Razi Nurullayev: “Azərbaycanın hər zaman “konsey” ətrafında yeri var”

“Soyqırımı” ifadəsi işlətməklə Ermənistan qarşısında götürülən öhdəlik yerinə yetirildi. Amma bunun da heç bir hüququ nəticəsi olmayacaq. Çünki Azərbaycan və Türkiyəyə zəng edilib, bunun heç bir nəticəsinin olmayacağı deyilib. Bayden iki qardaş ölkəni özünə tərəfdaş bir ölkə kimi görür. Yaxşı bilir ki, regionda söz sahibi olmaq üçün bu iki dövlətlə hesablaşmalıdır. Baydenin bu çıxışı “Qurdlar Vadisi” serialındakı Karahanlının dediklərinə oxşaya bilər. “Qurdlar Vadisi”ndən bir misal da çəkəcəm. Orada konsey var idi. Məhz Azərbaycanın hər zaman konsey ətrafında yeri var…”

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı: “Bayden öz ölkəsinin tarixinə “böyük səhvlər prezidenti” kimi düşəcək”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Baydenin prezidentlik kürsüsündə əyləşməyə başlayandan ciddi səhvlər buraxdığını söylədi: “Amerika yaranan gündən hegemonluq iddiasında olub. 19-cu əsrin əvvəllərində “Monro doktrinası” deyilən iddianı ortaya atdılar. Amerika qitəsində hegemonluq etdilər. “Amerika amerikalılar üçün” , əslində “Amerika ABŞ üçün” siyasətini yeritdilər. Həmin siyasətlə bütün digər ölkələri, məsələn, İngiltərə, İspaniya, Portuqaliyanı qitədən vurub çıxardılar. Birinci Dünya savaşından sonra yeni doktrina, dünya ağalığı iddiasını irəli sürdülər, daha çox prezident Vudro Vilsonun adı ilə bağlı olan bu siyasət bütün dünyanı ABŞ-ın maraq dairəsi elan edirdi. İkinci Dünya savaşından sonra dünyanın istənilən yerində, dövlətlər arasında, ölkələrin daxilində baş verən hadisələrə ABŞ-ın təhlükəsizliyi mövqeyindən yanaşmağa, istənilən məsələyə hərbi, siyasi və digər müdaxilələrə başladılar. Baydenin dedikləri həmin doktrinanın “inkişaf” etdirilməsinə cəhd kimi dəyərləndirilə bilər. Dünyada mürəkkəb proseslər gedir. ABŞ-ın təkqütblü dünya yaratmaq şansı yaranıb. SSRİ-nin dağılması prosesi ilə bu şans meydana gəldi. Bu yöndə ideoloji nəzəriyyələr, Fukuyama, Hantington kimi müəlliflərin əsərləri meydana gəldi, liberal ideologiyanın, buradan da ABŞ-ın dünyada qələbəsinin labüdlüyünü sübut etməyə çalışdılar.

Amma sonrakı hadisələr yeni reallıqları üzə çıxardı. SSRİ-nin varisi olan Rusiya faktorunun yenidən dirçəlməsi, Çinin sürətlə inkişafı, Yaponiyanın ciddi mövqeyi, Avropanın başda Almaniya olmaqla güc mərkəzinə çevrilmək iddiaları, hətta Türkiyənin regional gücə çevrilmək istəyi qüvvələrin nisbətini dəyişdi. Amerika bu amillərlə hesablaşmaq zorundadır. Amma Bayden deyəsən bu amilləri nəzərə almaq istəmir, dünya hegemonluğu iddialarında israrlı görünür. Bu açıqlamalar da həmin yanlış mövqenin göstəriciləridir. Bayden istəklərinin ardınca gedir, amma başa düşmür ki, istəklərlə imkanlar üst-üstə düşməlidir. İnsanın istəkləri ilə imkanları uyğun gəlməyəndə faciə baş verir. Dövlət də insan kimidir, istək, arzu imkanlara uyğun olmalıdır. Əks halda, dövlət üçün fəlakətə gedən yol qaçılmaz olur. ABŞ fəlakətə doğru gedir, yoxsa yox , demək çətindir, amma Bayden böyük ehtimalla bu dövlətin tarixinə “böyük səhvlər prezidenti” kimi düşəcək”. /musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*