“Belarus partizanları” Belarus qoşunlarının Ukraynaya daxil olmasının qarşısını almaq üçün maneələr yaradır”.
KONKRET.az xəbər verir ki, bunu Belarus müxalifətinin lideri Svyatlana Tixanovskayanın müşaviri Franak Vyaçorka bildirib.
O qeyd edib ki, partizanlar Ukrayna üçün bütün imkanlarından istifadə edirlər:
“Belarus partizanlar diyarıdır. Qəhrəmanlarımız rus qatarlarını saxlayır, rus texnikasını zədələyir, Belarus qoşunlarının Ukraynaya daxil olmasının qarşısını almaq üçün vərəqələr paylayır. Ukrayna qalib gələcək, Belarus da azad olunacaq”.
Vyaçorka həmçinin Belarus partizanlarının hərəkətlərinin nəticələrini göstərən “Dəmiryolu Müqaviməti-2022” xəritəsini paylaşıb.
Müşavir vurğulayıb ki, Rusiyanın “trol fabriki” hazırda Instagram və Facebook-da aktiv şəkildə şərhlərdə işləyir, belaruslular və ukraynalılar arasında nifrət toxumu səpməyə çalışır. Rusiya bu yolla Belarusu qardaş Ukraynaya qarşı qanlı qırğına çəkməyə çalışır.

Vəsilə İbrahim,
KONKRET.az
