“Bəs Xocalı, Xankəndi, Xocavənd?” deyənlərə CAVABbackend

"Bəs Xocalı, Xankəndi, Xocavənd?" deyənlərə CAVAB

“Geniş izah verdim, bəzi dostlar oxumadan yenə sual verdilər, “Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi və çox şey etdi, Ordumuzun sayəsində inanılmazı başardı, indi biz – vətəndaşlar təşəbbüs göstərməliyik. Xankəndinin deputatı orda ofis açmalı, əhali ilə görüşməli, Xocalı camaatı bizim hökumətın rəsmi kanalları ilə Rusiya “sülhməramlılarına” müraciət etməli, onlar təhlükəsizliyə zəmanət verməli, Ağdamdan, Şuşadan Xocalı yol açılmalı, orda məktəb, xəstəxana, polis idarəsi, Bank şöbəsi açılmalı, camaat da yavaş-yavaş ora köçməlidir”.

KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

“Yəni, qalan torpaqlarımızı silahsız, dronsuz, top-tüfəngsiz ayaqla, piyada gedərək, tikib-quraraq, yaşayıb öz varlığımızı göstərərək azad edəcəyik. Hamımız əlimizi daşın altına qoymalıyıq, Xocalıya ədalət artıq o şəhəri qurub-yaratmaqla olmalıdır. Sonra orada möhtəşəm “Xocalı Abidəsi” açılmalı, Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli azərbaycanlılara pasport o abidə önündə təqdim edilməlidir. Rusiya “sülhməramlıları” Qarabağa İrəvandan Xankəndinə adam daşımaq üçün gəlməyib (əslində ona gəlib), bütün qaçqın-köçkünlərin geri qayıtmasına zamin olaraq gəlib (əslində elə olmasına məcbur etməliyik). Nə qədər ki, 5 il burdadılar, onlardan ağılla maksimum istifadə etmək zamanıdır!” – N.Cəfərli qeyd edib.pravda.az

  • Aydin
    Dekabr 2, 2020 - 13:18

    Bu gunlerde ermeni mudafie naziri Xankendine gelerek araik aratunyanla gorusub.. bes buna nece izah verek? Bu her hansi sivil bir ermeninin bir-biri ile gorusmesi deyil, qondarma qarabagin prezidentidir. Eger torpaqlar, daha dogrusu Xankendi l, Agdere ve diger 2 rayon da bizdedirse niye araiki tutmurlar? Axi o muharibe cinayetkarodir ve axtarisdadir. Deyilene gore tutulub cinayet mesuliyyetine celb olunmalidir. Bes buna kim icaze verir Xankendinde ermeni mudafie nazirini qebul edir? Bir az qaranliq meqamlar var.. bu menim sexsi fikirimdi, deyesen oralar tam olaraq bizlik olmayacaq. Sohbet tam olaraqdan gedir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*