Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu BƏYANAT YAYDIbackend

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu BƏYANAT YAYDI

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub.

Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb

Sivil insanları hədəf alaraq, onlara ağır artilleriyadan atəş açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı böyük təhlükə və cinayətdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki əhalisinə qarşı yönələn bu hücumları kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini günahsız insanların qətl edilməsinə səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa çağırır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir, yaralılara acil şəfalar diləyir.

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*