Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini bir-birlərinə daha fəal şəkildə açılmağa, COVID-19 pandemiyası səbəbindən məhdudlaşdırılmış nəqliyyat əlaqələrini bərpa etməyə çağırıb.
KONKRET.az BelTA agentliyinə istinadən xəbər verir ki, Belarus lideri bu təklifi Birlik Dövlətləri Hökumət Başçıları Şurasının iclasında nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə bildirib.
O, MDB-yə üzv olan dövlətlərin vəziyyətini yaxşı bildiyin vurğulayıb: “Niyə özümüzü bağladıq və insanların ünsiyyət qurmasına icazə vermədik? Bundan qurtulmağın vaxtıdır. Gəlin qapılarımızı bir-birimizə açıq edək”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
