“Biz Ermənistanın Azərbaycana qarşı olan fəaliyyətini dəstəkləmirik”.
KONKRET.az “TASS”a istinadən xəbərinə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya fikir bildirib.
O qeyd edib ki, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsində fərqli tərəfləri dəstəkləməsi haqda iddialar həqiqəti əks etdirmir:
“Bəli, Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz də Ermənistanın Azərbaycana qarşı fəaliyyətini dəstəkləyirik. Bu, doğru deyil. Biz ədalətli nizamlanmanın və hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”, – deyə Nebenzya bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
