“Biz sülh istəyirik, ona görə də müharibəyə hazırlaşırıq” – Ermənilərdən yeni VİDEObackend

"Biz sülh istəyirik, ona görə də müharibəyə hazırlaşırıq" - Ermənilərdən yeni VİDEO

Ermənistan cidd-cəhdlə müharibəyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, Ermənistanın VOMA təşkilatı teleqram kanalda ölkənin müdafiə xəttində “GMBET 2” mühəndis strukturlarının tikintisini nümayiş etdirən video yayımlayıb.

“Biz “GMBET 2” mühəndis konstruksiyalarının tikintisi ilə Ermənistanın ikinci və üçüncü müdafiə xətlərinin gücləndirilməsi istiqamətində işi davam etdiririk.

Hazırda 50 bunker tikilir. 15-i üçün vəsait məqsədli yığımlar və şəxsi köçürmələr hesabına toplanıb, qalanları isə təşkilatın ümumi fondundan maliyyələşdirilib.

50 ədəd “GMBET 2″dən 25-i hazırdır və ya son mərhələdə, sərhədin müxtəlif istiqamətlərindədir.

Biz sülh istəyirik, ona görə də müharibəyə hazırlaşırıq”, – təşkilatdan bildirilib.

Qeyd edək ki, VOMA – erməni qeyri-hökumət təşkilatıdır və məqsədi müharibədə özünü müdafiə edə bilən cəmiyyət yaratmaqdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*