Bol meyvə, tərəvəz, sağlam yağlar… İdrak sağlamlığını gücləndirən pəhrizbackend

Bol meyvə, tərəvəz, sağlam yağlar... İdrak sağlamlığını gücləndirən pəhriz

Uşaqlıqda sağlam qidalanmaya riayət etmək fərdlərin zehni kəskinliyini qoruyub saxlamağa omkan verir.

KONKRET.az xəbər verir ki, tədqiqatlar göstərir ki, uşaqlıq dövründə bol meyvə, tərəvəz, taxıl və sağlam yağlar istehlak edən şəxslərin yaşlandıqca bilişsel funksiyaları daha yaxşı olur. Tədqiqatçılar sağlam qidalanmanın beyin sağlamlığına müsbət təsir göstərdiyini, sonrakı yaşlarda demans və digər koqnitiv pozğunluqlar riskini azaltdığını bildiriblər.

Araşdırma qrupu sübut edib ki, sağlam qidalanma uzunmüddətli faydaları ilə yanaşı qəfil xəstəliklərin yaratdığı təhlükələrə qarşı immun sistemini hədsiz geclü edir.

Tədqiqat 1950-ci illərdən bəri doğulmuş minlərlə insanı izləyib, onların yemək vərdişləri ilə idrak sağlamlığı arasındakı əlaqəni araşdırıb. Nəticələr göstərib ki, sağlam pəhriz saxlayan fərdlər yaşlandıqca daha az idrak zəifliyi yaşayıblar və demans simptomlarına daha davamlıdırlar.

Tədqiqatın nəticələri göstərir ki, ictimai səhiyyə siyasəti və təhsil proqramları uşaqlıq dövründə sağlam qidalanmanın təşviqinə diqqət yetirməlidir. Bu, gələcəkdə daha sağlam və koqnitiv cəhətdən daha güclü cəmiyyətin yaradılması istiqamətində mühüm addım hesab olunur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*