Böyük Britaniyanın Baş naziri Boris Conson ən tez zamanda Kiyevə səfər edərək Prezident Volodimir Zelenski ilə şəxsən görüşmək istəyir.
KONKRET.az Daily Mail-ə istinadən xəbər verir ki, o, artıq səfərin mümkünlüyünün yoxlanılması barədə məmurlarına tapşırıqlar da verib.
Məlumata görə, Boris Consonun bu səfərdəki əsas məqsədi Rusiya ilə müharibədə Ukraynanı dəstəklədiyini göstərməkdir.
Vəsilə İbrahim,
KONKRET.az
