Boşboğazdırlar, rus dili düşmən dilidir? – Aqil Abbas torta görə əsəbiləşdi – FOTObackend

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi - FOTO

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub.

KONKRET.az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər.

Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb.

Sosial şəbəkə istifadəçilərindən bir qismi deputatın nəvələrinin onu doğma dilimizdə təbrik etməməsini bir qədər xoş qarşılamayıblar.

Ölkə.Az yazılan tənqidlərlə bağlı mövqeyini öyrənmək üçün Aqil Abbasa zəng edib. Deputat saytımıza açıqlamasında yazılanları qeyri-obyektiv hesab etdiyini bildirib:

“Yəqin ki, təbrik ingiliscə olsaydı, elə şey yazmazdılar. İngiliscə yazılanda niyə dillənmirlər? İngilis dili bu xalqa Azərbaycan dilindən doğmadır? Rus dili düşmən dilidir? Nə fərqi var ki, rus dilidir?

İkincisi, mənim nəvələrim Azərbaycan dilində çox gözəl bilir. Onu yazanlar boşboğazdır”, – deyə o söyləyib.

  • Namiq
    Aprel 3, 2024 - 23:13

    İş yeri 20 Yanvar şəhidlərinin uyuduğu xiyabanın 5-10 addımlığında olan, doğulduğu yerin 366-cı alayın soyqırım etdiyi Xocalının 5-10 km-də olan bir millət vəkilinin nəvələrinin rus dili ilə bərabər Azərbaycan dilini də bilmələri çox yaxşı haldır. Yəqin ki, bu “vətənpərvərin” evində yalnız rus dilində danışılır. Bərəkallah Aqil muallim. Bağışlayın rus dilində ü və ə hərfləri yoxdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*