Britaniya səfiri İrandan biabırcasına qovuldubackend

Britaniya səfiri İrandan biabırcasına qovuldu

İranda ciddi diplomatik qalmaqala səbəb olan Böyük Britaniyanın səfiri Robert Makkayer ölkəni tərk edib.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, dünən İranın XİN-ə çağırılan səfir bu gün öz ölkəsinə qayıtmağa qərar verib.

Qeyd edək ki, Robert Makkayer ayın 12-də Tehranda tələbələrin keçirdiyi etiraz aksiyasını izləmiş və bəzi fotolar çəkmişdi. Aksiyada saxlanılan səfir İranın xüsusi xidmət orqanları tərəfindən bir neçə saat sorğulandıqdan sonra sərbəst buraxılmışdı. Onun bu gün İran Baş Prokurorunun vəsatəti ilə ölkəni tərk etdiyi bildirilir.

Ekspertlərin fikrincə, beynəlxalq qanun və normalara görə ən yüksək toxunulmazlığı olan səfir xoşluqla yola salınmayıb. Belə ki, Robert Makkayer əleyhinə Tehranda nümayişlər təşkil olunur, onun maketi və ölkəsinin bayrağı yandırılırdı. Səfirliyin Tehrandakı binasının divarlarına, bu binaya gedən yollara Böyük Britaniyanı təhqir edən mətnlər yazılırdı.

Ən ciddi aşağılayıcı məqam isə səfirin özü ilə bağlı yayılan materiallarda idi. İran kəşfiyyat orqanlarına yaxın olduğu iddia edilən sosial şəbəkələrdə onun aşağılandığı şəkillər və mətnlər yayılırdı.

Məhz bunları nəzərə alan ekspertlər istisna etmirlər ki, heç bir diplomatik normalara sığmayan bu davranış İranla Böyük Britaniya arasında növbəti ciddi qalmaqala səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*