Avropa Birliyindən çıxması (Brexit) səbəbindən İngiltərədə müxtəlif sahələrdə böhranlı vəziyyət yaşanmaqdadır. Belə ki, yanacaqdoldura məntəqələrinə benzin daşıyan irihəcmli nəqliyyat vasitələrinin sürücülərinin çatışmaması səbəbindən hökumət problemin həllinə ordunu cəlb edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə yanacaqdoldurma məntəqələrinin qarşısında yaranan uzun növbələrin qarşısını almaq üçün hökumət 200 əsgərini göndərib. Belə ki, irihəcimli yük maşınlarını idarə edən əsgərlər avtomobillərinə yanacaq doldurmaq üçün növbə gözləyən məntəqələrə benzin daşıyırlar.
İngilis ordusunun və hava qüvvələrinin təxminən 200 əsgəri yük avtomobili sürücülərinin çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələrinə benzin daşımağa başlayıb.
Yanacaq çatışmazlığı ən çox paytaxt Londonu və ölkənin Cənub-Şərq hissəsini əhatə edir. Bu səbəbdən bəzi yanacaqdoldurma məntəqələrinin qarşısındakı növbə yaranıb və dava düşüb.
Hökumət rəsmiləri paytaxt Londonun və Cənub -Şərqi İngiltərənin yanacaqdoldurma məntəqələrinin 22 faizinin boş olduğunu və vəziyyətin təxminən 10 günə normallaşacağını açıqlayıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az
