Bu gündən noyabrın 23-dək bu şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti tam dayandırıldı – SİYAHIbackend

Bu gündən noyabrın 23-dək bu şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti tam dayandırıldı - SİYAHI

Bu gündən etibarən 2 şəhər və 8 rayonda (Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları) ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi haqqında qərarında bildirilib.

Qeyd olunub ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*