Bu imtahanların nəticələri ARAŞDIRILACAQ – RƏSMİbackend

Bu imtahanların nəticələri ARAŞDIRILACAQ - RƏSMİ

“2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev öz facebook hesabında yazıb.

Nazir bildirib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq:

“Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*