Bu məktəblərdə də vaksin vurdurmaq mümkündür – SİYAHIbackend

Bu məktəblərdə də vaksin vurdurmaq mümkündür - SİYAHI

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirəcək.

Səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.

Qeyd edək ki, yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub.

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*