Bu ölkədə ilk – 9 hektar ərazidə akvarium tikiləcəkbackend

Bu ölkədə ilk - 9 hektar ərazidə akvarium tikiləcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Yanvarın 11-də Prezident Şavkat Mirziyoyev Özbəkistanın Əlişir Nəvai Milli Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, birinci mərhələdə 9 hektar ərazidə bir akvarium, amfiteatr, kinoteatr, oyun meydançası, nağıl üslublu bir qala, musiqili fəvvarə və dayanacaq salınacaq. İkinci mərhələ cəmi 12 hektar ərazini əhatə edəcək. Bu mərhələ tematik parkın, uşaq bağçasının, attraksionların və akvariumun tikintisini əhatə edir.

Bundan əlavə, kafe, restoran və mağazalar açılacaq, şabalıd, şam ağacları, yapon sofora, maqnolias, palıd, ağcaqayın və digər ağac növləri əkiləcək.

Modernləşmə başa çatdıqdan sonra park gündə 10 min nəfərə xidmət edə biləcəkdir.

Dövlət başçısı parkın il boyu fəaliyyətinin qurulması, ailəvi tətillər üçün geniş şərait yaradılması barədə tapşırıqlarını verib. Eləcə də Səmərqənd, Buxara, Xivə və digər şəhərlərin tarixi abidələri nümunələrinin quraşdırılmasının vacibliyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*