“Bu razılaşmalar bölgədə…” – KTMT-dən Qarabağ AÇIQLAMASIbackend

Bu razılaşmalar bölgədə..." - KTMT-dən Qarabağ AÇIQLAMASI

“Qarabağla bağlı razılaşmalar bölgədə son siyasi nizamlanma üçün kifayət edir”.

KONKRET.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov deyib.

“Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmaq mümkün oldu. İndiyə qədər əldə olunan razılaşmalar Dağlıq Qarabağ ətrafında böhranın siyasi yolla nizamlanması üçün lazımi şərtlərin formalaşmasına tövhə verir”, – deyə Sidorov qeyd edib.

Onun sözlərinə görə, 2021 -ci ilin may ayından etibarən atəşkəsin vaxtaşırı pozulmasına baxmayaraq, hazırda tərəflər arasında konstruktiv dialoqun qurulması istiqamətində davamlı tendensiya müşahidə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*