Bu şəxslərə 190 manatın verilməsi dayandırılıb – NAZİRLİKDƏN AÇIQLAMAbackend

Bu şəxslərə 190 manatın verilməsi dayandırılıb - NAZİRLİKDƏN AÇIQLAMA

“Karantin rejimi ərzində 190 manat üç dəfə 600 min nəfərə, üç dəfə isə xüsusi karantin rejiminə daxil olan ərazidə yaşayan şəxslərə verilib”.

KONKRET.az xəbər verir ki, bu sözləri açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. O, mətbuatda yayılan bəzi məsələlərə aydınlıq gətirib:

“Azərbaycanda xüsusi karantin rejimi ölkə üzrə tətbiq edildiyi zamanlar 600 min nəfərə 190 manat birdəfəlik yardım olunub. Daha sonra isə bəzi rayonlarda sərt karantin rejimi aradan götürüldü və buna görə də həmin rayonların sakinlərinə 190 manatın verilməsi dayandırıldı. Ümumilikdə üç dəfə 600 min nəfərə, üç dəfə isə xüsusi karantin rejimi tətbiq edilən ərazidə yaşayan vətəndaşlara 190 manat birdəfəlik ödəmələrin verilməsi həyata keçirilib”.Redaktor.az

  • Aytən
    Yanvar 19, 2021 - 12:33

    Əslində bu ayda verilməli idi iş yerləri açılan kimi göydən camahatın başına pul yağır məyər dekabır ayının axırı verdilərki bu ay qaratinə düşəməsin verməsinlər hökümət iş yeri verb məyər bizlərə gedib işləyək ? Azərbaycanda yaşamaq üçün ya əlil olasan gərək ya yetim yada qoca bəs biz neynən dolanaq niyə uşaq pulu bərpa olunmur hamı yalannan kağız alır uşağın əlilliyə çıxrdır soram höküməti aldadıb pensiya alır sosiyal alır əlil pulu alır mən gedim neyniyim niyə bu milləti fikirləşmir dövlət yuxarda oturanlar gərək aylə baçımı vurub öldürüm yada uşağımı vurum şikəst edimki dövlət bizə vüavitət ayırsın 3 övladım var özüm evdar xanımam yodaşımda fəhlədi həmdə xəsdədi ağır qaldıra bilmir 3 evlad nə yeməlidi 18 olan kimi aparıb oğlumun ya meytin gətitib atacaq dövlət üsdümə yada şikəst edəcəy indidən köməy eləsinki bu kasıbın yetimi nə yeyir nə geyr .

    • Qubat
      Yanvar 20, 2021 - 10:11

      sərt karantin rejiminin ançaq sms bəndi götürülüb, qalan bəndlər qüvvədədir, yanvarın 25 də tam yumşalma olacaq ,özü də 196 manat .verilməlidir,

  • nuray
    Yanvar 20, 2021 - 11:37

    salam niyə 190m verilmirki .bəs insanlar nə ilə dolansin .nə yesin .sms götürülməyinən qarin doyurmu 25dən rayonlara gediş gəliş açilmaqla pul gəlir ??iş yerləri bağlidir .biz bir təhər yaşayiriq .bəs körpə balalar .olarin qarni əyni başi .nə ilə alaq necə başa qalaq .ən azindan bu yanvar ayinida olsa verin .ən azindan o balalari fikirləşin ürəyinizə insaf gəlsin yazixdi balalar .vətənə qarni tox əyni başi yaxşi övlad yetişdirə bilax .xahiş edirəm ki bu ayida verilsin 😦😦😦

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*