Dünən baş tutan növbədənkənar seçkilərlə bağlı müzakirələr davam edir. Namizədlər və siyasi institutlar seçki prosesini dəyərləndirir, nəticələrlə bağlı fikirlərini bildirirlər.
Namizədliyini 21 saylı Nəsimi-Binəqədi Seçki dairəsindən irəli sürmüş Ağ Partiya sədri Tural Abbaslı da mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşüb.
O, nəticələrdən narazı olduğunu deyib:
“Seçkilərdə 18 namizədlə iştirak edirdik. Gün ərzində müxtəlif məntəqələrdə qayda pozuntusu olduğu barədə məlumatlar alırdıq. Düzdür, müəyyən məntəqələr var idi ki, ciddi nöqsanlar olmadı. Ümumilikdə isə hər kəs seçkilərin necə keçdiyini gördü. Hazırda vəziyyəti qiymətləndiririk. Bununla bağlı yekun bəyanat yayacağıq. Ağ Partiya olaraq bütün dairələrdə uduzacağımızı gözləmirdik. Ancaq nəticələr məlumdur”.
Məlik Məlikov,
KONKRET.az
Milli Məclis ləğv edilsin Ümumiyyətlə başqa sistemə keçirsin
MÜZAKİRƏ EDİLƏCƏK NƏSƏ VAR Kİ,?
– NİYƏ ÖLKƏDƏ SAXTALIQ BAŞ ALIB GEDİR. VƏ HAMI DA BUNU GÖRMƏZDƏN GƏLİR.
Neticeni bile-bile niye qatildiniz?!
Sizki hakimiyyətin adamısız niyə belə oldu?
Seçki saxtakarlıqları və bunu bilib özünü o yerə qoymayan xalq
Bir məclisdə ki Siyavuş Novruzov kimi əbləhlər var, o məclisin üzvü olmasan yaxşıdı. Bir də ki, ən əsası sən yuxarınin sğ siyahısında olmamısan. Çalış gələn seçkidə o siyahıya düşəsən. Uğurlar, Tural bəy!))))
BU SEÇKİDƏ SAXTAKARLIQ ARTIQ PİK NÖQTƏDƏ İDİ.ÇOX MARAQLIDIR ONSUZDA BELƏ SƏVİYYƏDƏ SAXTAKARLIQLA SEÇKİ OLACAQDIRSA,DAHA BU KOMEDİYA KİMƏ VƏ NƏYƏ LAZIM İDİ.XALQ ARTIQ NƏ MİLLİ MƏCLİSƏ,NƏDƏ DİGƏR QURUMLARA İNANMIR VƏ GÜVƏNMİR..
Bizim mimi zalıma yaltaqlanan hər haqsızlıqa susan millete hele bu saxtakarlıq da azdır. Təssüf ki özümüz özümüzün düşmeniyik😞😞😞
Monitor arxasında otur püləyəndə saxtalaşdıracaqlarda. Sən getmə mən getməyim o biri getməsin təbiki boşluğu öz xeyirlərinə məharətlə dolduracaqlar.