Çarpayı kraliçası və ya Yekaterinanın “kitayski” versiyasıbackend

Çarpayı kraliçası və ya Yekaterinanın "kitayski" versiyası

1898-ci il sentyabrın 21-də (söz vaxtına çəkər) Çində mancurların Tsin sülaləsinin müvəqqəti hakimi Tsısi əsas rəqiblərini aradan götürərək hakimiyyətə yiyələndi. Onun ölümündən sonra imperiya çox az yaşadı, ona görə də məhz Tsısi sülalənin sonuncu imperator xanımı kimi tarixdə yer alır, amma onu daha məşhur edən eyş-işrətə ifrat dərəcədə meylliliyi olub.

Onun taxta qalxması yolu hələ yarım əsr əvvəl başlamışdı. On altı yaşlı bir qız, özü də rüsvay edilmiş bir məmurun qızı olan Tsısi, ən son, beşinci dərəcəli bir məşuqə olaraq İmperator Syanfenin sarayına girərək ən yüksək hörmətli şəxslərin etimadını qazana bilmişdi.

Yeganə hobbisinin seks olduğunu anlayan gələcək imperator bu məsələdə təkmilləşməyə başladı. Onun müəllimi Gavalı ləqəbli Çinin ən güclü məşuqəsi oldu – Tsısi müəllimindən ödənişli seks dərsləri almağa başladı.

İmperator Tsısi

“Karyera nərdivanında” növbəti addım imperatorun həyat yoldaşı – Kraliça Tsıanla yaxınlaşma oldu. Tsısi sarayda baş verənləri diqqətlə izləyirdi. Bir gün Tsıanın siçan dərmanı ilə zəhərlənəcəyini bildi. Tsısi bu barədə ona xəbərdarlıq etdi və bununla da imperatorun həyatını xilas etdi. Tsıan körpəsiz olduğu üçün Tsısiyə imperiyanın varisini doğmağı təklif etdi.

Qadınlar arasında ehtirasa çevrilən simpatiya var idi. Tsıan yeni rəfiqəsini həyat yoldaşına – imperator Syanfenə qiymətli məşuqə kimi məsləhət görür – sarayda bu səviyyədən yuxarıda yalnız kraliça dayanırdı.

İmperator Tsısi

1856-cı ilin aprelində Tsısi bir uşaq doğdu. Çin taxtının varisi olan imperatorun yeganə oğlunun doğulması Tsıxsnin təsirini gücləndirdi. Tiryəkdən və cinsi yolla ötürülən xəstəliklərdən əziyyət çəkən imperator öldükdə hakimiyyət onun həyat yoldaşı Tsıanın və qiymətli məşuqə Tsısinin əlinə keçdi.

Dövlət başçısının dul qalmış arvadı siyasətlə maraqlanmırdı, buna görə də Tsısi hakim tandemində bu sahədə öndə idi. Amma heç də hamı bu vəziyyətdən məmnun deyildi, ona görə də məşuqənin çoxlu düşməni var idi. Tsısi 1861-ci ildə bir sui-qəsd aşkar etdi və üsyankar əhval-ruhiyyədən şübhələndiyi 500 nəfəri edam etdi.

İmperator Tsısi Amerika səfirliyinin işçiləri ilə

Tsısi güc qazandıqdan sonra ədəb qaydalarına hörmətlə yanaşmasını təmin edən Tsıanla birlikdə seksual fantaziyalarını həyata keçirməyə başladı

Müəyyən bir dövrdə Tsısinin həyatı bir həşəratın instinktlərinə bənzəməyə başladı. Bioqrafların sözlərinə görə, Tsıan aşkarlanmaqdan qorxaraq siçan dərmanından istifadə etməklə sevgililərini öldürməyə başladı. Tsısi özünü dişi hörümçək kimi aparmağa dərhal başlamadı. İlk dəfə müğənni Yao Bao Şenqdən hamilə qaldıqda, onu sadəcə külli miqdarda pulla kəndə göndərdi. Daha sonra sevgilisi olan aktyor Yan Yu Lonun bəxti daha az gətirdi.

Bir dəfə Tsıan qısqandığı məşuqənin otağına girərək orada yaraşıqlı bir aktyoru gördü. Qalmaqaldan qorxan Tsısi bir müddət sonra aktyoru zəhərlədi. Bir neçə gündən sonra isə Tsıan özü də müəmmalı bir zəhərlənmədən öldü.

Tsısinin varisi imperator Syanfendən olan oğlu Tuji 17 yaşında taxta oturmalı idi, amma vəliəhd 14 yaşında sifilis xəstəliyinə yoluxaraq çox az yaşadı. Onun ölümündən sonra Tsısi bacısı oğlu Tsaytanı gələcək imperator elan etdi.

İmperator Tsısi sarayı önündə

Tsısi siyasi rəqiblərini vəhşicəsinə sındırdı. Ən əlamətdar hadisə Pekindəki “boks üsyanı” zamanı çinlilərin tiryəkin gəlirli ticarətinə nəzarət edən əcnəbilərə qarşı müharibə elan etdikləri zaman baş verdi. Tsısi əvvəlcə üsyançıları fabrikləri, dəmir yollarını və xristian kilsələrini məhv etməyə, əcnəbilərin evlərini və dükanlarını dağıtmağa çağırdı. Avropa qoşun göndərməklə hədələdikdə isə üsyançıları qan içində boğdu. Bundan sonra Çin zəiflədi və digər dövlətlərdən daha da asılı oldu.

Bir sıra anti-mancur üsyanları da Tsısi tərəfindən vəhşicəsinə darmadağın edildi. Öz gücünü möhkəmlətməyi bacarsa da, tamamilə dövlət islahatları ilə məşğul deyildi. 1868-ci ildə Çindən geridə qalan Yaponiya “Meydzi Yeniləşməsi” kimi tanınan modernləşməyə başladı. Bu yeniləmə sonradan Tsin sülaləsinin süqutunu sürətləndirən 1894-cü il Çin-Yapon müharibəsində çinlilərin məğlubiyyətinə səbəb oldu.

İmperator xanım nə ilə yadda qaldı?

İmperator Tsısi

Dövlət nə qədər böyük tənəzzülə uğrayırdısa, sarayda bir o qədər ağılsız orgiyalar, eyş-işrət məclisləri təşkil edilirdi. Belə qrup “mərasimlər” onun hakimiyyətinin ticarət nişanına, vizit kartına çevrilmişdi. Tsısinin iştahası heç bir məhdudiyyət bilmirdi. Təvazökarlıqla bir və ya iki məşuqla başlayan Tsısi tədricən onların sayını yüzə çatdırmışdı.

Tsısi utanmadan əvvəlki sülalənin “Cinsi orqanı yalamaq” ritualını da geri qaytarmışdı. VII əsrdə bu ritualı gündəmə gətirən imperatorun xanımı Vu Hu “qadın hökmranlığı dövrünün” gəlişini qeyd etmişdi. Həmin dövrün qravüralarında Vu Hunun paltarını qaldırdığı və dizini qatlayıb “ritualı” icra edən kişilərin görünüşləri təsvir olunmuşdu.

Tsısi pornoqrafik kartların istehsalını artırdı, teatrlarda təbii pornoqrafik səhnələrin yer aldığı pyeslər nümayiş olunurdu, erotik romanlara böyük tələbat var idi.

İmperator Tsısinin məqbərəsi

Cinsi pozğunluqlarla yanaşı, Tsısi qeyri-ənənvi cavanlaşma üsullarına müraciət edirdi. Hər gün səhər yeni doğmuş qadınlardan sağılmış bir fincan süd içirdi.

Çin Tsısi hakimiyyətinin sonunda süqutu ərəfəsində olan Qərbi Roma İmperiyasına bənzəməyə başlamışdı. Hakimiyyət artıq çoxsaylı əraziləri idarə edə bilmirdi, xalq yoxsulluq içində qalmışdı və zadəganlar zorakılıq içində boğulurdular. Bir çox ziddiyyətlər nəticəsində dövlət parçalanmışdı.

1908-ci ildə Tsısi 72 yaşında beyninə qan sızması nəticəsində öldü. Ondan sonra çoxmilyonluq var-dövlət və ölməkdə olan imperiya qaldı. Üçyaşlı qardaşı oğlu Pu Yi taxt-taca varis elan olunsa da, tezliklə hakimiyyətdən salındı. Daha sonra Sinhay inqilabı başlandı və Tsin İmperiyası, onunla da Çin monarxiyası dağıldı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*