Cavid Osmanov: “Bu dəfə məsləhət olmayıb”backend

Cavid Osmanov: "Bu dəfə məsləhət olmayıb"

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib. 125 namizəd sırasına adı daxil edilməyən  deputatlardan biri də 90 saylı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanovdur. 

KONKRET.az xəbər verir ki,o, pravda.az-a açıqlamasında namizdəliyinin irəli sürülməməsi barədə bunları deyib:

“Allah cənab Prezidentin canını sağ eləsin, iki dəfə etimad göstərib. Bu dəfə məsləhət deyil. İstənilən halda Partiyamızın qərarını canla-başla icra edirik. Bundan sonra da möhtərəm cənab Prezidentimizə və Yeni Azərbaycan Partiyasına sədaqətlə xidmət edəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*