Çavuşoğlu: “Bütün dövlət orqanları xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır”backend

Çavuşoğlu: “Bütün dövlət orqanları xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır”

Türkiyə dövlətinin bütün bölmələri İstanbuldakı xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“İstiqlal küçəsində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun.

Dövlətimizin bütün bölmələri (təhlükəsizlik orqanları – red) bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*