Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmi hazırda Qabon sahillərindədir.
KONKRET.az-ın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var:
“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.

Allah rəhmət eləsin. Yaralılara da şəfa versin.
Mən də dənizçiyəm, illərdir gəmilərdə çalışıram, Azərbaycan dənizçilərinin bütün probleminin səbəbi Dəniz Agentliyidir. Avropa şirkətləri ilə anlaşma imzalayıb ki Azərbaycan dənizçilərini işə götürməsinlər. rus, ukrayna, gürcülər isə Avropa firmalarıyla anlaşırlar ki dənizçiləri yüksək maaşlı yeni gəmilərdə çalışsın. Bizim insanımızda necə düşüncə sistemi var çox qəribədir. Azərbaycan dənizçiləri də ancaq Türk gəmilərində çalışabilir bu da nəticə, bir vətəndaşımız həyayından oldu