Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistana səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə XİN rəhbəri özünün Tvitter səhifəsində yazıb.
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək və ikitərəfli müzakirələri aparmaq üçün İslamabaddayıq”, – deyə XİN rəhbəri bildirib.
