Çeçenistan Daxili İşlər Nazirliyi “Novaya qazeta”nın jurnalisti Yelena Milaşinaya və vəkil Marina Dubrovinaya hücum faktını yoxlamağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.
Agentliyin məlumatına görə, hücum fevralın 6-da axşam Qroznıdakı “Continent” otelinin girişində törədilib. Təxminən 15 gənc oğlan və qadın Milaşina və Dubrovinaya “vəhhabiləri müdafiə etməkdə” ittihamı ilə hücum çəkiblər.
Qadınları yerə yıxaraq başlarına və qarınlarına zərbələr endiriblər.
Təcili yardım hə iki şəxsdə yumşaq toxumaların və başın frontal hissəsinin qançırlarını, çiyinlərdə və boyundakı çürükləri və cızıqları aşkar edib.
Milaşina respublikada insan hüquqlarının kobud pozulmasına dair tənqidi materialların dərc edilməsi ilə əlaqədar dəfələrlə Çeçenistan hakimiyyətindən və şəxsən Çeçenistanın rəhbəri Ramzan Kadırovdan təhdidlər aldığını bildirib.
Onlar bu dəfə Qroznıya İslam Nuxanovun internetdə respublika rəhbərliyinin elit daşınmaz əmlakına dair materialları dərc edildikdən sonra başlanan cinayət işi ilə bağlı gəliblər.
Babək Göyüş
KONKRET.az
