Cəlilabadda 5 avtomobil qarda batdıbackend

Cəlilabadda 5 avtomobil qarda batdı

Cəlilabadda 5 avtomobil qarda batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən xəbərə görə, hadisə rayonunun Kövüzbulaq kəndində qeydə alınıb.

İçərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*