“Cəmiyyət yaramaz ünsürlərdən təmizlənir” – Rəsul Quliyevbackend

“Cəmiyyət yaramaz ünsürlərdən təmizlənir” - Rəsul Quliyev

“44 günə qələbə ilə başa çatmış Vətən müharibəsi Azərbaycan xalqı üçün emosional pozitiv təsir bağışladı”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

O, bildirib ki, Azərbaycan xalqı hər gün Prezidentin çıxışlarını səbirsizliklə gözləyir, bir gün çıxış yubananda “görəsən nə oldu” həyacanını keçirirdi.

“Müharibə qurtardı torpaqlar geri qaytarıldı. Hakimiyyətin önündə daha ağır problemləri həll etmək məsuliyyəti dayandı.

Azad olunmuş ərazilərimizə əhalinin köçürülməsinə nail olmaq, əsasən təssərrüfatı aqrar olan Qarabağ regionlarında artıq yaz əkinlərinə başlamaq üçün minumum imkanların yaradılması bir nömrəli vacib məsələdir.

Xalqa xidmət etmək əvəzinə öz maraqlarına xidmət edən məmurlar üzə çıxacaq və onlardan ölkənin yaxasını xilas etmək vacibləşəcək. Vətən müharibəsinin nəticəsi tək qələbə ilə qurtarmır, həmçinin cəmiyyət yaramaz ünsürlərdən təmizlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*