Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla danışdıbackend

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla danışdı

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*