“Çin Litvanı cəzalandıracaq” – Timofey Bordaçevdən MÜHÜM ŞƏRHbackend

"Çin Litvanı cəzalandıracaq" - Timofey Bordaçevdən MÜHÜM ŞƏRH

Pekin əmindir ki, rəsmi Vilnüsün Tayvanın müstəqilliyini tanımasının və Çin Xalq Respublikasının bu hissəsində nümayəndəlik açmaq qərarının yeganə səbəbi onun Çinlə bütün sahələrdə gedən qarşıdurmada ABŞ-ın əlinə oynamasıdır.

KONKRET.az xəbər verir ki, siyasi şərhçi Timofey Bordaçev “vzqlyad.ru” saytına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, indi Çində Vaşinqtonun Asiya nəhəngi ilə bağlı siyasəti daha çox diqqətlə izlənilir və Litva kimi dövlətlərin cəhdləri intriqalar prizmasından yozulur.

O, daha sonra vurğulayıb:

“Litva hakimiyyətinin mövqeyi həm də ondan ibarətdir ki, onların ölkəsi ilə Çin arasında ticarət dövriyyəsi cüzidir və Çin sanksiyaları böyük iqtisadi ziyana səbəb olmayacaq. Ancaq çətin ki, hər şey Çinin simvolik qəzəbi və ikitərəfli ticarətin dondurulması ilə bitsin.

Çinlilər hətta əhəmiyyətsiz bir düşməni belə unutmirlar, xüsusən də onların ideyalarına uyğun olmayan fəaliyyəti ilə seçilən ölkələrə qarşı kinlidirlər. Üstəlik, Litva hələ də Tayvanın Çin Xalq Respublikasına aid olduğunu inkar edən Tuvalu və ya Qvatemala deyil. Bu ölkə Avropa Birliyinin üzvüdür və onun davranışına müəyyən təsir göstərə bilər.

Pekinin isə Avropa üçün böyük planları var, onlar inanmırlar ki, Köhnə Dünyanın böyük dövlətləri ABŞ-ın istəyi naminə ÇXR ilə münasibətlərin iqtisadi faydalarını qurban verməyə hazır olacaqlar. Buna görə də Çinin Litvanın çağırışına cavabı sistemli və uzunmüddətli olacaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*