Cinayətkarların tutulması üçün polislər çox vaxt fotorobotlardan istifadə edirlər.
KONKRET.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Avstraliyanın hüquq-mühafizə orqanları bu işi daha da təkmilləşdirmək arzusundadırlar.
Belə ki, “Massively Parallel Sequencing” (MPS) adlı texnologiyanın yaradıcıları bildiriblər ki, yeni texnologiya hadisə yerində aşkar edilən DNT nümunələrinin əsasında şübhəli şəxsin kim olduğu haqqında məlumat verir.
Həmin DNT vasitəsi ilə cinayətkarın cinsi, gözlərinin rəngi və hətta hansı ölkənin vətəndaşı olduğu da proqnozlaşdırıla bilinir.
Qurğunun yaradıcıları yaxın vaxtlarda sözügedən cihazın daha da təkmilləşdiriləcəyi və şəxslərin saç rəngini, yaşını, çəkisini, boyunu da təyin edə biləcəyini qeyd ediblər.
DNT ardıcıllığı prosesi uzun DNT zəncirlərində olan məlumatları deşifrələməkdə yardımcı olur. Bu da analiz imkanlarını daha da genişləndirir. Bu texnologiya, həmçinin, itkin düşmüş şəxslərin tapılmasında da istifadə olunacaq.

Lent.az
