Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 699-a çatıb.
KONKRET.AZ xəbər verir ki, bu barədə regional səhiyyə komitəsi bildirib.
Bundan əvvəl vilayətdə 618, Çində 636 ölüm hadisəsi baş verməsi barədə məlumat verilmişdi.
Beləliklə, Çində ölənlərin ümumi sayı demək olar ki, 720 nəfərə çatıb.
Açıqlamada vilayətdə yoluxanların sayının 24,9 min nəfər olduğu bildirilib. Xəstəxanadan 1,1 mindən çox nəfər buraxılıb.
