Çində milyaderlərin sayı cəmi 753 nəfərdirbackend

Çində milyaderlərin sayı cəmi 753 nəfərdir

Son üç ildə Çində  milyarderlərin sayı kəskin azalıb.

KONKRET.az Lenta.ruya istinadən xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb.  Dinamika hökumətin sərt tədbirləri, iqtisadiyyatın bəzi sektorlarında çökmə  və birjalardakı durğunluqla əlaqələndirilir. Əgər 2021-ci ildə Çində 1185 milyarder var idisə, üç il sonra onların sayı 753 nəfərə düşüb. Bundan əlavə, çinli milyarderlərin reytinqində  keyfiyyət tərkibi dəyişib. Məsələn, ByteDance (TikTok-un sahibi) rəhbəri Zhang Yiming 49 milyard dollarlıq sərvətlə ən varlı şəxs hesab olunur. Əvvəllər bu mövqeni  “şüşələnmiş suyun kralı” Zhonq Shanshan tuturdu. Üçüncü yerdə Tencentin yaradıcısı Poni Ma, dördüncü yerdə Pinduoduo və Temunun yaradıcısı Kolin Huanq qərarlaşıb. 2020-ci il siyahısına  başçılıq edən, lakin həmin il ictimaiyyətin diqqətini cəlb etməyən  Alibaba -dan Cek Ma bu il  10-cu yerə enib. Analitiklərin fikrincə, milyaderləırin sayının azalmasına  səbəb Çinin daşınmaz əmlak bazarının çökməsidir. Bundan əvvəl Çin sənayesinin pisləşdiyi barədə məlumat verilmişdi . Ən acınacaqlı  vəziyyət tikinti sənayesində, kömür hasilatı və avadanlıq istehsalında müşahidə olunur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*