Çingiz Qənizadənin lider olduğu dairənin nəticələri ləğv olundubackend

Çingiz Qənizadənin lider olduğu dairənin nəticələri ləğv olundu

MSK artıq Çingiz Qənizadənin təmsil olunduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

KONKRET.az xəbər verir ki, deputatlığa namizədlər – Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətləri əsasında belə bir qərar verilib.

Məsələ ilə bağlı MSK-nın iclasında katib Arifə Muxtarova məlumat verib. MSK katibi bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*