COVID-19-dan sağalanların sayı 6 milyonu ötdü – ƏTRAFLIbackend

COVID-19-dan sağalanların sayı 6 milyonu ötdü - ƏTRAFLI

Dünyada 10 809 998 nəfər koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, virusa yoluxan 519 050 nəfər ölüb, 6 032 381 nəfər isə sağalıb.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma (2 779 953 nəfər), ölüm (130 798 nəfər) və sağalma (1 164 680 nəfər) ABŞ-da müşahidə olunur.

Ölkələr arasında ikinci yerdə 1 453 369 yoluxma, 60 713 ölüm, 916 147 sağalma ilə Braziliya qərarlaşıb.

Yoluxma sayına görə üçüncü yerdə 654 405 nəfərlə Rusiyadır. 9 536 ölüm, 422 931 sağalmanın müşahidə olunduğu RF Azərbaycanın ilk onluğa daxil olan yeganə qonşusudur.

İranda 230 211, Türkiyədə 201 098, Ermənistanda 26 065, Gürcüstanda 931 nəfərin koronavirusa yoluxduğu bildirilir.

Azərbaycanda indiyə qədər 18 112 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxanların 220 nəfəri ölüb, 10 061 xəstə sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*